Krit atasında daha bir güclü zəlzələ olub

02:20 29-09-2021 299

Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri 137 min əhalinin yaşadığı Heraklion şəhərindən 18 km cənub-şərq istiqamətində yerləşib.

Zəlzələnin ocağı yerin 2 km dərinliyində olub. 

Dağıntı və tələfatlarla bağlı məlumat verilmir.

Qeyd edək ki, dünən də Krit adasında 6,5 bal gücündə zəlzələ baş verib. Nəticədə bir nəfər həlak olub, on nəfər yaralanıb.