Şəhərlərarası sərnişin daşımaq üçün hava taksilərindən istifadə olunacaq

22:40 01-10-2021 557

Yaponiyanın məşhur avtomobil korporasiyası “Honda Motor” peyklərin kommersiya məqsədli buraxılışı üçün təkrar istifadə edilə bilən raket və xüsusi aerodromlardan istifadə etmədən böyük şəhərlərin ərazilərində sərnişin daşımaq üçün nəzərdə tutulmuş konvertoplanlar hazırlamağa başlayıb.

Məlumata görə, bu layihələrin 2030-cu ilə qədər praktiki səviyyəyə qaldırılması gözlənilir.

Helikopter və təyyarənin imkanlarını birləşdirən sərnişin konvertoplanlarının hazırlanması isə 2025-ci ilə qədər planlaşdırılıb və təxminən 2030-cu ildən etibarən bazara çıxarılacaq.

Sürəti saatda 250 km-ə qədər olan və yanacaq doldurmadan 400 km uçuş məsafəsinə malik olan bu maşınlar şəhər konqlomeratlarında sərnişin daşımaq üçün nəzərdə tutulub.

Belə hava taksilərinin uçuş və eniş üçün göydələnlərin damlarından istifadə edə biləcəyi güman edilir.

Mənbə: “Yomiuri”