Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb? - FOTO

13:40 13-10-2021 504

2021-ci ilin sentyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak alışı həyata keçirib.

HerGun.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan səkkizinci sırada qərarlaşıb.

Sentyabr ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21 ədəd az, əvvəlki ayla (2021-ci il avqust) müqayisədə isə 24 ədəd çoxdur.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 2 040 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 122 ədəd və ya 5,6 faiz azdır.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında xarici vətəndaşlar tərəfindən ümumi 6 706 daşınmaz əmlakın alışı həyata keçirilib.

Nigar Məmmədova