Moskvada qaz paylayıcı yarımstansiyada güclü partlayış – ANBAAN VİDEO

00:40 16-10-2021 330

Rusiyanın paytaxtı Moskvada qaz paylayıcı yarımstansiyada güclü partlayış baş verib.

Ətrafdakı yaşayış binasının sakinlərindən biri hadisəni telefonuna çəkərək ictimailəşdirib.

Yaxınlıqda olan üç avtomobil hadisə nəticəsində tamamilə yanaraq yararsız hala düşüb.

Yanğının tamamilə söndürüldüyü bildirilir.

Mənbə: “Life Shot” “Telegram” kanalı