Qazaxıstanda COVID vaksinasiyası ilə bağlı yenilik

07:40 16-10-2021 340

Qazaxıstanda yerli “QazVac” və ölkədə istehsal edilən Rusiyanın “Sputnik V” peyvəndi xaric, digər analoji preparatlarla vaksinasiya ödənişli olacaq.

Bu barədə Qazaxıstan səhiyyə naziri Aleksey Tsoy məlumat verib.

O, sözügedən qərarı xarici vaksinlərin kifayət qədər baha qiymətə əldə edilməsi ilə əsaslandırıb.

Nazirin sözlərinə görə, ödənişli vaksinasiya 2022-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək.

Mənbə: TRT