Daxili Qoşunların baş çavuşu, şəhid Elçin Nadirov şəhadətinin bir ilində anılıb - FOTO

14:00 17-10-2021 444

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Elçin Nadirovun bugün il mərasimi keçirilib.

Mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Şəki ŞRPŞ-nin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları,ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Elçin Nadirovun Şəkidə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Anım mərasimində onun şərəfli ömür yolundan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs edilib. Bütün şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Elçin Nadirov Vətən müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.