Tuxel: “Liverpul” və “Mançester Siti” etalon olduqlarını sübut ediblər”

03:40 19-10-2021 463

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasındakı rəqibləri barədə danışıb.

“Liverpul” və “Mançester Siti” son illər sübut ediblər ki, keyfiyyət və sabitlik baxımından etalondurlar. Bu klublar çempion olmaq üçün nəyin tələb olunduğunu hər kəsə göstərdilər. Premyer Liqada iki komanda arasında arasında yarış olub. Biz müdafiəmizi və hücumumuzu yaxşılaşdırmalıyıq, çünki İngiltərə çempionatında yarışmaq çətindir. Biz rəqiblərimizdən daha yaxşı olmaq üçün çalışacağıq”, - deyə Tomas Tuxel bildirib.

Mənbə: Liverpool Echo