Kəlbəcərdə eskavatorun üzərinə qaya parçası düşdü: Ölən var - RƏSMİ

12:20 19-10-2021 365

Kəlbəcərdə eskavatorun üzərinə qaya parçası düşməsi nəticəsində bir nəfər ölüb.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.