Hindistanda sel səbəbindən toya qazanın içində getdilər - VİDEO

06:00 20-10-2021 452

Hindistanın Kerala bölgəsi hazırda intensiv yağıntılardan əziyyət çəkir. Sel suları küçələri sanki çaya döndərib.

Belə bir şəraitdə toya tələsən ailə maraqlı üsula əl atıb. Onlar el şənliyinə nəhəng qazanın içərisində yollanıblar.

Sosial şəbəkələrdə yayılan görüntülər görənləri xeyli güldürüb.

Qeyd edək ki, bölgədə yaşanan təbii fəlakət nəticəsində onlarla insan həlak olub.

Mənbə: “Haber Global”