Avtomobil 83 yaşlı qadını vuraraq öldürdü

11:20 20-10-2021 465

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın verdiyi məlumata görə, hadisə Saatlı rayon mərkəzində qeydə alınıb.

“Mercedes-Benz Sprinter” markalı avtomobil yolu keçən Saatlı sakini, 1938-ci il təvəllüdlü Əzizə İsgəndərovanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.