27 il sonra məhkəmədə ona işgəncə verən erməni ilə üzləşdi - VİDEO
21:40 20-10-2021 346
Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti qəhrəmanı erməni əsirliyində qalan azərbaycanlı Zahid Əliyevdir.
1994-cü il martında Füzulinin Aşağı Seyidəhmədli kəndinin mühasirədən azad olunması zamanı yaralı şəkildə əsir düşən Zahid Əliyev ermənilərin verdiyi işgəncələrdən, Şuşa həbsxanasında şahidi olduqlarından danışıb.
O qeyd edib ki, hospitalda olarkən ermənilər 3-4 yaşlı uşaqları belə oraya gətirib, azərbaycanlılara, türklərə qarşı nifrət aşılayırdı.
Azərbaycanlı əsirlərə işgəncə vermiş ermənilər − Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın məhkəməsində zərərçəkmiş kimi iştirak edən Zahid Əliyev onların danışdığı yalanlara da aydınlıq gətirib.