Yaponiyada təhlükəli vulkanın görüntüləri - VİDEO

02:20 21-10-2021 413

Yaponiyanın cənub-qərbində Kumamoto prefekturasında Aso vulkanı püskürüb.

Tüstü və külün hündürlüyü 3 500 metr yüksəkliyə qalxıb. Bir kilometr məsafəyə vulkan daşlarının atılması qeydə alınıb.

Meteoroloqlar daşların atılması və piroklastik axının iki kilometr uzaqlıqdakı təhlükəsi barədə xəbərdarlıq ediblər.

Təhlükənin şiddəti mümkün beş səviyyənin üçüncüsünə çatıb.

Vulkandan 130 kilometr aralıda “Ikata” AES yerləşir.

Aso vulkanı ən aktivlərindən biri Nakadake olan vulkanik zəncirdən ibarətdir.

2017-ci ilin sentyabrında püskürmə zamanı kül və tüstünün hündürlüyü 2 000 metr yüksəkliyə qalxıb. 1953-cü ildə püskürmə zamanı 90 nəfər atılan daş səbəbilə yaralanıb. 1958-ci ildə püskürmə zamanı çıxan daşlar səbəbindən 12, 1979-cu ildə isə partlayıcı püskürmə zamanı 3 nəfər həlak olub.

Bu saata qədər zərərçəkənlər və dəyən ziyan haqqında heç bir məlumat daxil olmayıb.

Mənbə: “RİA Novosti”