Braziliya prezidenti kütləvi qətliamda ittiham olunur

04:40 21-10-2021 341

Braziliya senatının xüsusi komissiyası prezident Jair Bolsonarunu pandemiya ilə səhv mübarizə siyasətinə görə kütləvi qətliamda ittiham edib.

Bu barədə CNN konqresin istintaq hesabatının layihəsinə istinadla bildirib.

Ümumilikdə sənəddə 70 fərqli məmura, o cümlədən prezidentin üç övladına qarşı cinayət işinin açılması tövsiyə olunur.

Komissiya hesab edir ki, Bolsonaru COVID-19 müalicəsində sınaqdan keçirilməmiş və effektsiz preparatları təbliğ edib, onun administrasiyası isə vaksinin paylanılmasını aylarla gecikdirib.

Xüsusi komissiya hesab edir ki, prezident ölkə boyu koronavirusdan ölümlərin yarısında təqsirkardır.

Qeyd edək ki, son məlumatlara görə, Braziliyada pandemiya başlayandan bəri koronavirusa 21,6 milyon yoluxma qeydə alınıb, onlardaan 603 mini ölüb.