Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq

08:20 21-10-2021 382

Moskva şəhər duması çoxuşaqlı valideynlərin ictimai nəqliyyatdan pulsuz istifadəsini nəzərdə tutan təşəbbüsü yekdilliklə dəstəkləyib.

Yeni qərar çoxuşaqlı valideynlərlə yanaşı, onların 18 yaşadək olan övladlarına da paytaxt və şəhərətrafı ictimai nəqliyyat vasitələrindən ödənişsiz istifadə hüququ verir.

Qərarın 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilib.

Mənbə: “İnterfaks”