Etna vulkanının dəhşətli görüntüləri - VİDEO

02:20 26-10-2021 469

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı yenidən fəallaşıb.

Qeyd olunur ki, Etna 10 kilometr hündürlükdə kül sütunu püskürüb.

Aidiyyəti qurumlar vulkanın bu qədər güclü püskürməsinin gözlənilməz olduğunu bildiriblər. Hazırda da adada partlayış səsləri eşidilir, ən yaxın kəndlər kül qatı altında qalıb.

Xatırladaq ki, Etna Avropada ən hündür vulkandır. Onun hündürlüyü 3 200 metrdən çoxdur. Hündürlük hər püskürmədən sonra dəyişir.

Mənbə: “Libero” nəşri