Rusiyada karantin qadağaları sərtləşdirildi

03:20 26-10-2021 364

Rusiyada koronavirusa görə tətbiq edilən karantin qadağaları sərtləşdirilib.

Ölkə Prezidenti Vladimir Putin bu barədə bölgə rəhbərlərinə göstəriş verib.

Bu barədə Kremlin saytında xəbər dərc edilib.

Ölkənin bölgələrində əyləncə və iaşə müəssisələrində xidmət 23:00-dan 6:00-a qədər dayandırılacaq.

Qeyd edək ki, qonşu dövlət 8 279 573 yoluxma ilə dövlətlər arasında ilk beşlikdədir.