İlon Maskın sərvəti 250 milyard dolları ötdü - FOTO

07:20 26-10-2021 339

“Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti 250 milyard dolları ötüb.

Bu, şirkət səhmlərinin bahalaşması fonunda baş verib.

Təkcə son sutka ərzində o, 3.9 milyard dollar qazanıb. “Tesla”nın dəyəri isə artıq 1 trilyon dolları keçib.

Qeyd edək ki, Mask hazırda böyük fərqlə dünyanın ən varlı şəxsləri siyahısına başçılıq edir.

Mənbə: “Bloomberg Billionaires Index”