Bakıda ağır qəza: Xəsarət alanlar var

09:20 28-10-2021 316

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, “AzSamand” və “KİA Rio” markalı avtomobillər toqquşub.

Qəza zamanı xəsarət alanların olduğu bildirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli HerGun.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

“Qəza Nizamı rayonu ərazisində baş verib. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.

İlhamə Əbülfət