Şəhid olan hərbçimizin nəşi doğulduğu şəhərə gətirildi - FOTO/VİDEO

15:00 17-11-2021 554

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu doğulduğu Gəncə şəhərinə gətirilib.

HerGun.Az-ın məlumatına görə, şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu 1990-cı ildə anadan olub. Natiq Əliyev ailəli olub, 1 qızı var.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by HerGun.Az (@oxuaz)