Lebron Ceyms koronavirusa yoluxdu

21:00 01-12-2021 55

Məşhur basketbolçu, Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Lebron Ceyms koronavirusa yoluxub.

Los Ancelesin “Leykers” komandasının lideri ən azı 10 günlük müddətə yarışlardan kənarlaşdırılıb. Onun komandasının növbəti dörd matçını buraxacağı bildirilib.

Qeyd olunub ki, idmançı tam vaksinasiyadan keçib və xəstəliyin heç bir əlaməti müşahidə edilmir.

Mənbə: Sports.ru