ABŞ-da daha bir məktəb atışması: Ölən var

01:00 02-12-2021 353

ABŞ-ın Tennessi ştatındakı məktəbdə atışma olub.

Yerli KİV-in məlumatına görə, Humboldt şəhərində orta məktəbdə baş verən atışmada bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Atışma basketbol turnirinin keçirilməli olduğu məktəbin idman zalının qarşısındakı dəhlizdə baş verib.

Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb. Lakin ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, bir gün əvvəl Miçiqan ştatının Oksford şəhərində 15 yaşlı şagird məktəbə atəş açaraq üç həmyaşıdını öldürüb, bir müəllim də daxil olmaqla daha 8 nəfəri yaralayıb.

Mənbə: “RİA Novosti”