DİN-də yeni TƏYİNAT

12:00 02-12-2021 370

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HerGun.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis baş leytenantı Elçin İbrahimli Ağcabədi Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin olunub. 

O, bundan əvvəl Ağcabədi RPŞ-nin əməkdaşı olub.

İlhamə Əbülfət