Koronavirusdan sonrakı narahatlığa görə dərman hazırlanıb

09:00 04-12-2021 399

Rusiyada koronavirusdan sağalanlara kömək etməli olan yeni “Aviander” adlı narahatlıq əleyhinə dərman hazırlanıb sınaqdan keçirilir.

Narahatlıq koronavirusun ən çox yayılmış nəticələri arasındadır və bu, dünyada psixi və koqnitiv pozğunluğun (yaddaş problemi) əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Ümumiləşdirilmiş narahatlıq pozğunluğu (GAD) gündəlik işlərlə bağlı davamlı, həddindən artıq və qeyri-real narahatlıq ilə xarakterizə olunan bir xəstəlikdir. Dünyada 300 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.

2-ci fazanın preklinik və klinik tədqiqatlarında sözügedən dərman yüksək effektivlik, yaxşı qəbul olunma və təhlükəsizlik nümayiş etdirib.

Hazırda 3-cü mərhələnin klinik sınaqları iki əlamət üzrə aparılır: ümumiləşdirilmiş narahatlıq pozğunluğu və əvvəlki koronavirus infeksiyası ilə əlaqəli nevroloji pozğunluqlar.

Məndbə: RİA Novosti