Koronavirus xəstəsi çayxanada TAPILDI

12:00 04-12-2021 375

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini K.Nəcəfəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Həmin şəxs karantin rejimi qaydalarını kobud şəkildə pozaraq çayxanada aşkarlanıb.

K.Nəcəfəliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.