İkiqat dünya çempionu qar uçqununda öldü

03:00 06-12-2021 45

Avstriyanın Zalsburq federal əyalətində qar uçqunu nəticəsində azı 3 nəfər ölüb.

Yerli mətbuatın məlumatına görə, insident nəticəsində daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, xizək sürən 11 nəfər, o cümlədən “Red Bull” komandasının 5 motosiklet yarışçısı qar uçqunu altında qalıb.

Ölənlər arasında yeniyetmə motokros üzrə ikiqat dünya çempionu, 19 yaşlı avstriyalı KTM sürücüsü Rene Hofer də var.