Mingəçevir sakini evdə ölü tapıldı

10:00 13-01-2022 500

Mingəçevirdə kişi meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Məmmədov Abir Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.