Sergey Lavrov: “İlham Əliyev 3+3 formatını irəli sürəndə, Moskva təklifi fəal şəkildə dəstəklədi”

15:00 14-01-2022 432

“3+3” formatı ideyası ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Ərdoğan tərəfindən irəli sürüləndə Moskva təklifi fəal şəkildə dəstəklədi, çünki biz bu formatda böyük “birləşdirici potensial” gördük”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında söyləyib.

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yol açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, - deyə rusiyalı diplomat vurğulayıb.

S.Lavrov vurğulayıb ki, “3+3” çərçivəsində müzakirə olunan proseslər təkcə Gürcüstan və Rusiya arasındakı münasibət çərçivəsində baxmaq lazım deyil, çünki bu formatda bütün regionun perspektivləri müzakirə olunur.