Almatıda iğtişaşlar zamanı ölənlərin sayı açıqlandı

21:00 16-01-2022 458

Almatıda iğtişaşlar zamanı 149 nəfər həlak olub.

Bu barədə bazar günü keçirilən brifinqdə şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov məlumat verib.

O, qeyd edib ki, ölənlər arasında hüquq-mühafizə orqanlarının 11 nümayəndəsi də var.

Şəhər prokuroru Berik Juyriktayevin sözlərinə görə, Almatıda iğtişaşlardan sonra 405 cinayət işi başlanıb və istintaq aparılır. Həmçinin, cinayətlərin 249 iştirakçısı həbs edilib.

Öncədən xəbər verildiyi kimi, iğtişaşlar zamanı respublikada ümumilikdə 225 nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının 19 nümayəndəsi həlak olub. 44-ü terror aktları, 34-ü kütləvi iğtişaşlar, 15-i isə qətllər üzrə olmaqla cəmi 546 cinayət işi başlanıb.

Mənbə: “İnterfaks”