Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində Şəhidlərin xatirəsinə futbol turniri keçirilib

22 oktyabr 2022-ci il tarixdə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində Şəhid Əliyev Pərvin Vüqar oğlunun adını olan stadionda Şəhidlərin xatirəsinə futbol turniri keçirildi. Onu da qeyd edək ki, bu gün həm də şəhid Əliyev Pərvin Vüqar oğlunun doğum günüdür.
Tədbirdə Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov, Beyləqan rayon Təhsi sektorunun metodisti Anar Yaqubov, ATİAHİ Beyləqan rayon Komitəsinin sədri, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Füzuli rayon təşkilatının sədri Tahir Həsənov, Həmin təşkilatın Beyləqan üzrə regional sədri, AYB,AJB-nın üzvü, “Quruluş ” qəzetinin baş redaktoru Elman İsrafiloğlu, Şəhid Pərvin Əliyevin atası, anası, babası, qardaşları, Qəhrəmanlı qəsəbə tam orta məktəbin direktoru Nizami Bərxudarov, həmin məktəbin müəllim və şagirdləri, qonaqlar iştirak etmişlər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış mərasimindən sonra yarışlara start verildi. Finalda Beyləqan rayonu Aşıqlı kənd və Bahar qəsəbə tam orta məktəblərinin futbolçuları qarşılaşdı. Gərgin və mübarizə şəraitində keçən yarışda Aşıqlı komandası qalib gələrək birinci yer, Bahar futbolçuları ikinci yer və Qəhrəmanlı komandası üçüncü yer tutaraq diplom və kubokla mükafatlandırıldı.