Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir

15:42 01-05-2023 249

Məlum olduğu kimi, Azərbaycan Respublikasının sürətli inkişafının, yüksək beynəlxalq nüfuzunun əsas şərtlərindən biri də, rasional və praqmatik xarici siyasət kursudur. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində, Azərbaycan regionun ən güclü, suveren liderinə çevrilib. Eyni zamanda, Azərbaycanın xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Bu gün, dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda, rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu, Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.

Azərbaycan Respublikasının yürütdüyü uğurlu xarici siyasət nəticəsində, strateji tərəfdaşlıq və sıx dostluq münasibətlərinin yarandığı dövlətlərdən biri də, Bolqarıstan Respublikasıdır. Balkan yarımadasında yerləşən Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur. 1999-cu ilin dekabr ayında Bolqarıstanın Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Ölkə Prezidenti, cənab İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. İlk dəfə Ulu Öndər Heydər Əliyev 29-30 iyun 1995-ci ildə Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə isə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci ilin 23-24 sentyabr tarixlərində baş tutmuşdur. Azərbaycan və Bolqarıstan arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Ötən dövr ərzində iki ölkə arasında nəqliyyat, energetika,  yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır.

Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür və bu layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi layihəsi Mərkəzi Asiya və Xəzər bölgəsindən Avropa ölkələrinə təbii qazın nəql edilməsi enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Bu mənada, Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur. 2011-ci ildə Bakı şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. 2011-ci ildə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov ölkəmizdə səfərdə olub. İkitərəfli münasibətlərin dərinləşməsində diasporun özünəməxsus yeri var. Bolqarıstandakı diaspor təşkilatlarımızın fəaliyyəti iki ölkə xalqlarının mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Hazırda, Azərbaycan-Bolqarıstan münasibətləri hərtərəfli səciyyə daşıyır və qarşılıqlı əlaqələrin bundan sonrakı inkişafı üçün geniş imkanlar mövcuddur. Bir sıra siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verir. Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq Bolqarıstanın regionun iqtisadi həyatında aktiv yer alması üçün şərait yaradır.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti, cənab cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Eləcə də, 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar 2018-ci tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Bildiyimiz kimi, cari ilin 25 aprel tarixində, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərdə olub. Rəsmi səfəri, səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu”nun imzalanması, Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı kimi mühüm hadisələr iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu mühüm addım Azərbaycan-Bolqarıstan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi dəyərləndirilir. O da məlumdur ki, dövlət başçısı, cənab İlham Əliyevin tapşırığına uyğun olaraq SOCAR uğurlu investisiya layihələri ilə beynəlxalq qurumlar arasında xüsusi yer tutur. Ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində dövlət başçısı, cənab İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq saldı. Ölkə Prezidenti, cənab İlham Əliyev çıxışında bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında, qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbatın artdığı xüsusi qeyd edilərək vurğulandı ki, iki ildən artıqdır Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Bolqarıstan Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin mövcudluğu münasibətlərin yüksələn xətlə inkişafında mühüm rol oynayır. Hər bir sənəd əməkdaşlığın inkişaf etdirilməsində bir istiqamətdir. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq həm ölkəmizin qurumla əlaqələrinin inkişafına öz töhfəsini verir, həm də, ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə səy göstərir. Ümumilikdə, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Heç də təsadüfi deyil ki, Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu beynəlxalq səviyyədə təqdir edilir. Avropa ölkələrinə səfərləri zamanı Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, layihələrin dünyanın enerji xəritəsini dəyişməsindən geniş bəhs edən dövlətimizin başçısı, bu reallığı da diqqətə çatdırır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub, indi isə, etibarlı qaz təchizatçısına çevrilir. Ölkə Prezidenti, cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində bolqarıstanlı həmkarı Rumen Radev ilə təkbətək görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı xüsusi qeyd olundu. “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi. Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə xüsusi vurğulandı. Ötən il Ölkə Prezidenti, cənab İlham Əliyevin Bolqarıstana səfəri zamanı keçirilən görüşlərdə elektrik enerjisinin ixracı, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, dost ölkədə enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə edilmişdir. Belə bir hədəf irəli sürülmüşdür ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının vaxtı çatıb və bunu yaxın vaxtlarda edəcəyik. Heç şübhəsiz, qısa zamanda gerçəkləşən bu hədəf Azərbaycanın etibarlı tərəfdaş kimi təqdimatına yeni əlavələr edərək, SOCAR-ın beynəlxalq nüfuzunu daha da artıracaq.

Təbii ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır...

 

             Sabit Mehdiyev.

             Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.