Ermənistan ordusunun dörd hərbçisi həbs olundu

00:27 01-09-2019 892

Ermənistanda dörd hərbçi həbs olunub.

"RİA Novosti" xəbər verir ki, onlar zabiti döyməkdə ittiham olunurlar.

Bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Artyunyan öz "Facebook" səhifəsində yazıb.

Onlar haqqında yüksək vəzifəli məmura qarşı təhqir və zor tətbiq etmə maddəsi ilə iş açılıb.

Bu maddə ilə ittiham olunanlar haqqında səkkiz il həbs cəzası nəzərdə tutulub.