1-cü növbə 1000 manat, 2-ci növbə 600: 9 SAYLI MƏKTƏBDƏ ANORMAL BÖLGÜ

03:47 04-09-2019 1296

Yeni  dərs ili yaxınlaşdıqca validenlərin problemi də artır. Söhbət heç də uşaqlara məktəb geyimi, dərs ləvazimatlarının alışı ilə bağlı deyil.

Uşaqların məktəbə hansı növbədə getməyi də narahatlıq doğurur. Bəzi məktəblərdə sıxlıq yarandığından direktorlar bunu gəlir mənbəyinə çevirib.

 

1507044157_1507042990_a

Məsələn, Abşerin rayonu, Xırdalan şəhərindəki 9 saylı məktəbdən xeyli şikayətlər var.

Hergun.az xəbər verir ki, qanunla şagird sayı çox olduqda məktəblərdə dərslər bir neçə növbədə keçirilə bilər.

Ancaq paralel sininflər eyni növbədə olmalıdır. Siniflər arasında ayrı-seçkilik olmaz.

9 saylı məktəbdə isə 4-cü sinifə gedənlərin bəzisi birinci növbə, bəzisi 3-cü növbəyə düşüb.

İbtidai sinif saat 3-də dərsə gəlib, gecə qaranlıqda çıxmalıdı. Valideyni işdə olan, yolu uzaq olan körpələri kim aparıb dərsə gətirəcək?

“Facebook” sosial şəbəkəsində pedaqoqların müzakirə açdığı “Təhsil forumu” qrupunda həmin məktbdə övladı oxuyan valideyinlərdən biri yazıb ki, direktor Həcər İbrahimovadan hər yerə şikayət versələr də baxan yoxdur.

Onun sözlərinə görə 1-ci növbə üçün direktor 1000 manat, ikinci növbə üçün hər sinifdən 600 manat rüşvət alıb direktor.

Yerli Təhsil Şöbəsi ümumiyyətlə bu ərköyün direktorunu işinə qarışmaq istəmir.

Ümid qalıb nazir Ceyhun Bayramova. Bu məsələni gündəmdə saxlayacağıq.

69938914_1899490530154391_6634376548373757952_n