Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi artıb - VİDEO

19:09 17-09-2019 630

Bu ilin 7 ayında qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb.

HerGun.Az-ın Baku TV-yə istinadən verdiyi xəbərə görə, bu fikirləri İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

"SOCAR bizim ənənəvi partnyorumuzdur və Gürcüstanı təbii qazla təmin edir. Biz bu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminik".

Bu sözləri isə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava deyib. 

Onu da qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında ötən il yükdaşımaların həcmi 72 faiz artıb.

Billurə Mikayıllı
Orxan Hüseynzadə