Stamotoloq Mahmud Məmmədovla sabiq bankir Zakir Zeynalov davasının təfərrüatı – “GÜNAY BANK” ÇİRKAB İÇİNDƏ

15:15 26-08-2019 1110

Azərbaycan dövlətinin maliyyə sabitliyini təhlükəyə salan "Azərbaycan Beynəlxaql Bankı”nda baş verən müdhiş maliyyə cinayətləri ifşa olduqdan sonra belə qənaət yaranırdı ki, belə hallara bir daha yol verilməməsi üçün ciddi tədbirlər görüləcək.

Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməli idi.

Hələlik onu qeyd edək ki, qeyri-rəsmi valyuta mübadiləsi apardığı iddia edilən banklardan biri də "Günay Bank” Açıq Səhmdar Cəmiyyətidir. Bu iddialar müammlı şəkildə həbs olunmuş bankir Emin Zeynalova məxsus müraciətlərdə yer almışdı.
Bu gün isə redaksiyamıza olduqca vacib və araşdırılması tələb olunan məlumat daxil olub.

İcmal.az bildirir ki, yazıda qeyd olunur ki, əslindı Emin Zeynalov əvvəllər yaxın dost olan iki bankirin münasibətərinin pozulmasının qurbanına çevrilib. İddiada qeyd edilir ki, "Kapital Bank”dan "Günay Bank”a transfer olunan İH sədrinin birinci müavini Emin Zeynalov şərlənərək həbs olunub.

Eyni zamanda məlumatda o da qeyd olunur ki, müəmmalı dava sonucunda Zakir Zeynalova (red. BUS bankın (İndiki kapital Bank) İH-nin sədri) məxsus "ZZ” Group-un əmlaklarını "Günay Bank”müsadirə edib. Belə ki, Stamotoloq Mahmud Məmmədov "ZZ” Group-un tərkibində fəaliyyət göstərən "BLBS” Hazırlıq kurslarının binasını və ona aid bir ədəd əlavə ofisi müsadirə edərək öz adına keçirib. Müsadirə ərəfəsində sözügedən ofis və kursun binasının qapıları sındırılaraq içəri darmadağın edilmiş, ofis yararsız hala salınmışdır. Nəticədə ümumi sahəsi təxminən 300 kv.m olan bina "Günay Bank”ın adına keçirilmişdir.

Məlumat üçün qeyd edək ki, "ZZ” Group Koroğlu Rəhimov küçəsində, "Odlar Yurdu” universitetinin yanında yerləşir. Bundan başqa "ZZ” Group-a aid olan və Zakir Zeynalovun idarə etdiyi "Range Rover” markalı avtomobil "Günay Bank”ın adına keçirilmişdir.

Əlavə olaraq "ZZ” Group-un bu dava ərəfəsində aldığı yeni avtomobil də Günay Bankın adına keçirilmişdir. Məlumatda o da bildirilir ki, Mahmud Məmmədov Zakir Zeynalovun Badamdar qəsəbəsindəki iki villasını da müsadirə etdiyi edib. Şərlənərək həbs olunduğu iddia olunan sabiq bankir Emin Zeynalov öz sosial şəbəkə ünvanında bunun "fırtınaöncəsi səssizlik” olması ilə bağlı mesajını vermişdi (red. fotofakt əlavə edilib).

Əlavə olaraq qeyd edək ki, E.Zeynalov bir neçə günöncə açıqlama verərək Bankın rəhbərliyində əsasən Mahmud Məmmədovla qohumluq və dostluq əlaqələri olan şəxslər təmsil olunduğunu bildirmişdi: "Müşahidə Şurasının Sədrinin müaviniolan Emin Ağayev MahmudM əmmədovun ən çox etibar etdiyi şəxslərdən biridir. İddiaya görə, Mahmud Məmmədov bu şəxsə o qədər etibar edir ki, əmlakının bir hisssəini də bu şəxsin adına rəsmiləşdirib. İxtisasca fililoq olan Fəridə Ağayevanın İdarə Heyəti Sədrinin müavini olması da bu xanımın Mahmud Məmmədovun xalası qızı olması ilə izah edilir.

Texnikom təhsilli birinin, Esmira Mehdiyevanın "Günay Bank”ın Audit Komitəsinin Sədri olması da çox diqqətçəkici məqamdır. İddialar görə "Günay Bank”ın Kredit İqtisad Departamentinə rəhbərlik edən 1928-ci il təvəllüdlü Sabir Ağayevin bu vəzifəni tutması da özəl səbəblərlə bağlıdır. Çox maraqlıdır, 91 yaşında olan bir şəxs Kredit İqtisad Departamenti kimi ağır sahəyə rəhbərlik edir”.

İlkin qənaət isə ondan ibarətdir ki,"Günay Bank”ın bu tərkibli personallı ilə bankın fəaliyyətinə effektiv nəzarət etmək mümkün deyil. Digər tərəfdən "Günay Bank”da baş verənlərin Banklar haqqında Azərbayan Respublikasının Qanunun 32-ci maddəsinin, yəni, Bankların fəaliyyət növləri ilə bağlı qanunvericiliyin tələblərinə nə qədər uyğun olması ilə bağlı da şübhələr var.

Məlumat üçün bildirək ki, İCMAL.az  Emin Zeynalovun açıqlamalarını silsilə formasında dərc edəcək və "Günay Bank”ın bu günə qədər həyata keçirdiyi bütün qaranlıq əməliyyatlarının üstü açmağa çalışacağıq.

Görünən odur ki, Beynəlxalq Bankın ölkə iqtisadiyyatına vurduğu sağalmaz yaranı "Günay Bank”yenidən formalaşdırmaq niyyətindədir.

Mövzunu davam etdirəcəyik.

Mənbə İCMAL.az