Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

09:45 19-09-2019 1189

Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizə qədər artaraq, 3,2 və ya 3,4 mlrd. ABŞ dollar civarına çatıb.

HerGun.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsi ilə bağlı rəqəmlər kifayət deyil:

“2015-ci ildən sonra bizim ticarət dövriyyəmiz hətta 5 mlrd. dollar səviyyəsinə də qalxıb. Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5 mlrd. dollarlıq ticarət səviyyəsini bərpa etmək və daha da artırmaqdır“.

Səfir Türkiyə vitse-prezidentinin bir neçə gün öncə Bakıya səfərinə də toxunub və hökumətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu vurğulayıb:

“İqtisadi əlaqələrin daha da gücləndirilməsi vacibdir. Bunun üçün artıq ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların həcmi artırılmalıdır. Bundan sonra da ona fokuslanacağıq”.

Könül Cəfərli