Şəhidimiz nəşi Azərbaycana qaytarıldı - FOTO

12:09 24-09-2019 471

Sentyabrın 22-də cəbhəboyu zonada azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, onun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbədə yerləşən evinə gətirilib.

Şəhid əsgərimiz rayonun mərkəzi qəbirstanlığında torpağa tapşırılacaq. 

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu gün əsgərimizin nəşi neytral ərazidən götürülüb.