“Qafqaz Qartalı - 2019” təliminin növbəti mərhələsi icra olunub - FOTO

17:27 27-09-2019 579

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı - 2019” təliminin növbəti mərhələsi icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də, şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.