Nurməhəmmədovun kəmərinə iddialı döyüşçü növbəti qarşılaşmanı anons etdi

17:27 29-09-2019 515


MMA döyüşçüsü Toni Ferqüsson “Instagram” hesabında növbəti qarşılaşmanın anonsunu verib.

Ferqüsson yazıb ki, oktaqona qayıdır. O, paylaşımının sonuna “işı əqayıdıram” həştəqini əlavə edib. Ferqüsson sözünü belə bitirib: “Döyüş barədə xəbərləri gözləyin”.

Ferqüsson da yüngül şəkidə UFC üzrə çempion adına namizəddir. O, dəfələrlə bildirib ki, dekabrda H.Nurməmmədovla qarşılaşmaya çıxacağına ümid edir.

Amerikalı döyüşçü UFC-də ard-arda 12 qələbə qazanıb. Sonuncu döyüşü Donald Serroneyə qarşı olub, ikini raundda oyun həkimin işarəsi ilə dayandırılıb, belə ki, Serrone artıq aldığı zədələr səbəbindən davam eləmək iqtidarında deyilmiş.

Nurməhəmmədov isə işirak etdiyi 28 döüyüşündə hər birində qələbə çalıb. Sentyabrın 7-də o, amerikalı Dastin Poryeni məğlub etməklə, UFC çempionu titulunu ikinci dəfə öündə saxlamağı bacarıb.