Erməniyə qalib gəlmiş 14 yaşlı idmançımız Dünya Kubokunun qalibi oldu – VİDEO

20:54 29-09-2019 587

Rusiyanın Anapa şəhərində keçirilən kikboksinq üzrə Dünya Kubokunda 14 yaşlı Amin Quliyev qalib olub.

HerGun.Az-ın xəbərinə görə, “Ağ Canavar” ləqəbli Amin iki meydan sahibi olan rus rəqiblərinə, eləcə də iki özbək və bir erməni idmançısına qalib gəlib.

Qeyd edək ki, kikboksinqin ən güclü versiyası sayılan WAKO-da dünya və Avropa çempionu olmuş Amin Quliyev tanınan idmançımız Eduard Məmmədovun tələbəsidir.

O, ikinci dəfə Dünya Kubokunun qalibi olub.

Səbuhi Musayev