Millimizin futbolçusu Almaniyada iki qol vurdu - VİDEO

10:45 30-09-2019 575

Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya 2-ci Bundesliqasının VIII turunda Drezden “Dinamo”suna qol vurub.

HerGun.Az xəbər verir ki, onun çıxış etdiyi “Ertsqebirqe” Aue şəhərində “Dinamo”nu qəbul edib.

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə start heyətdə yer alan Dmitri Nəzərov 79-cu dəqiqədə avstriyalı Dominik Vidra ilə əvəzlənib.

Buna qədər isə o, 27 və 39-cu dəqiqələrdə rəqib komandaya iki qol vurub. O, ilk qolda penaltidən fərqlənib.

Qeyd edək ki, “Ertsqebirqe” turnir cədvəlində 14 xalla IV sırada qərarlaşıb.  

Səbuhi Musayev