Macarıstan yığması futbol millimizlə oyun üçün heyətini açıqladı

17:45 30-09-2019 555

Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının ilkin heyəti açıqlanıb. 

Macarıstan Futbol Federasiyasının saytı xəbər verir ki, italiyalı baş məşqçi Marko Rossi oktyabrın 10-da Splitdə Xorvatiya, üç gün sonra Budapeştdə Azərbaycana qarşı keçiriləcək oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.

O, qarşıdakı görüşlərə 26 futbolçu çağırıb.

Qapıçılar: Deneş Dibus (“Ferentsvaroş”), Peter Qulaçi (“Leypsiq”, Almaniya), Adam Kovaçik (“Videoton”);

Müdafiəçilər: Botond Barat (“Sportinq Kanzas”, ABŞ), Barnabaş Beşe (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Ukrayna), Mihay Korhut (“Aris”, Yunanıstan), Adam Lanq ("Omoniya", Kipr), Qerqö Lovrençiç (“Ferentsvaroş”), Tamaş Kristian ("Zalaeqerseq"), Orban Vili (“Leypsiq”, Almaniya);

Yarımmüdafiəçilər: David Holman (“Slovan”, Slovakiya), Laslo Klaynhaysler (“Osiek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkai (hər ikisi “Videoton”), Adam Nad (“Bristol Siti”, İngiltərə), David Şiqer ("Ferentsvaroş"), Dominik Soboslai (“Red Bull”, Avstriya);

Hücumçular: Balaj Cucak (“Əl-İttihad”, BƏƏ), Robert Feçeşin ("Uypeşt"), Filip Holender (“Luqano”, İsveçrə), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Ronald Şalai ("Frayburq", Almaniya), Adam Salai (“Hofenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”). 

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan oyunu “Qroupama Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.