Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşünü keçirdi

18:09 01-10-2019 442

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında ikinci görüşünə çıxıb.

HerGun.Az xəbər verir ki, qara fiqurlarla oynayan qrossmeysterimiz çinli Dinq Lirenlə ikinci görüşdə uduzub.

Şahmatçımız sabah ağ fiqurlarla çinli rəqibi ilə üçüncü görüşünə çıxacaq. Teymur Rəcəbov uduzacağı halda, dördüncü görüşün əhəmiyyəti qalmayacaq.

Səbuhi Musayev