“Real” Madriddə xal itirdi, “Şaxtyor” son dəqiqədə sevindi - VİDEO

23:27 01-10-2019 505

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start verilib.

İlk matç günündə 8 qarşılaşma keçirilir. Oyunlardan ikisi artıq bitib.

“Real Madrid” öz meydanında Belçikanın “Brügge” komandası ilə qarşılaşıb. Madridlilər ikinci hissənin sonuncu dəqiqələrində çətinliklə məğlubiyyətdən yaxa qurtara biliblər - 2:2.

İtaliyada “Atalanta” Ukraynanın “Şaxtyor” klubunu qəbul edib. Qonaqlar əzmkarlıqla qələbə qazana biliblər - 1:2.