Saleh Məmmədovun oğlunun xaricdəki milyonluq şirkətlərində erməni səhmdarlarıda var
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi araşdırmaçı jurnalist Cavanşir Həsənlinin İspaniyada saatını oğurlatdıran şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə məlumatı təkzib edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasından sonra araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlunun xaricdə mal varlığı və şirkətlərində erməni səhmdarları barədə də yeni sənədlər paylaşıb.
Jurnalist Cavanşir Həsənli sənədlərlə bağlı bunları bildirib: "Bu sənədlərdə Saleh Məmmədovun oğlunun adına qeyd olunan şirkətlər və bu şirkətlərdə ona şərik olan adamalrın ad və soyadları gedir.Ən maraqlısı budur ki, bu səhmdarların içində erməni millətindən olanıda var. Tiqran Petrosyan adlı bir erməni onun şirkətinin səhmdarları listəsində yer alır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi İspaniyada saatını oğurlatdıran şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə məlumatı təkzib edib ki, guya guya qərəzli məlumat yaymışam. Əlbəttə, ispan polisinin ad açıqlamaması onlara belə təkzib cəsarəti verib.
Onlar belə cəsarətə gəlmişkən Saleh Məmmədovun oğluna aid aşağıda təkrar paylaşdığım sənədləri də təkzib etmələrini səbirsizliklə gözləyirəm. Susmayın, cəsarətli olun, bunları da təkzib edin, deyin ki, Sübhan Məmmədlinin Britaniyada milyonlarla aktivi olan belə bir şirkəti, şərkətinin tərəfdaşları sırasında Tiqran Petrosyan adlı şəxs yoxdur, bunlar İngiltərə rəsmi orqanlarının qərəzidir və s."
HərGun.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq.