“Qarabağ”ın oyununu Lüksemburqdakı Mədəniyyət Assosiasiyasının üzvləri izləyəcək - FOTO

16:27 02-10-2019 456

Sabah UEFA Avropa Liqası çərçivəsində keçiriləcək “F91 Düdelanj” – “Qarabağ” görüşünü Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Assosiasiyasının nümayəndələri də izləyəcək.

HerGun.Az xəbər verir ki, bu gün “Qarabağ” klubunun rəhbərliyi ilə “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyası arasında işgüzar görüş keçirilib. 

Görüşdə assosiasiya üzvlərinin sabah baş tutacaq “F91 Düdelanj”la oyunda “Qarabağ”a stadiondan dəstək olacaqları bildirilib.

Qeyd edək ki, sözügedən assosiasiyanın sədri xanım Lea Linsterdir. Bu qurum 2011-ci ildən Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə fəaliyyət göstərir.

Səbuhi Musayev