“Qarabağ”la oyun öncəsi Lüksemburq çempionunun butsları oğurlandı

11:00 03-10-2019 741

Lüksemburqun “F91 Düdelanj” klubu soyğuna məruz qalıb.

“Tageblatt” xəbər verir ki, hadisə bazar günü gecə Lüksemburq çempionunun Rosportda “Viktoria” ilə oyunundan sonra paltardəyişmə otağında baş verib.

Oğrular 27 cüt buts (futbol ayaqqabısı), təlim-tədris materialları, bir neçə forma, şort və idman ləvazimatlarını özləri ilə aparıb. Lüksemburq polisi artıq DNT izlərindən istifadə edərək günahkarları tapmağa çalışır. Polis hazırda şübhəli şəxsləri görən şahidləri araşdırıb sorğu-suala tutmaqla məşğuldur.

“F91 Düdelanj”ın prezidenti Romen Şumaxer isə bu barədə bunları deyib:

“Butslar futbolçular üçün çox incə məsələdir”.

Qeyd edək ki, “F91 Düdelanj” klubu bu gün UEFA Avropa Liqası çərçivəsində “Qarabağ”la qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə Lüksemburq komandası futbolçuları yeni butslarla meydana çıxmalı olacaq.

Səbuhi Musayev