Lüksemburqda erməni təxribatı: “Qarabağ”ın oyunu yarımçıq dayandırıldı

23:54 03-10-2019 466

 
Avropa Liqasının "F91 Düdelanj" - "Qarabağ" oyunu yarımçıq dayandırılıb.
 
HerGun.Az xəbər verir ki, 30-cu dəqiqədə "Qarabağ" hesabı 2:0 etdikdən sonra qondarma Dağlıq Qarabağın bayrağı stadiona dronla qaldırılıb.
 
Başda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və Qara Qarayev olmaqla Ağdam komandası bu hərəkətə etiraz edib.
 
Nəticədə görüşün baş hakimi futbolçuları soyunub geyinmə otağına yollayıb. Hazırda matç təxirə salınıb.
 
Bu hərəkətə görə Lüksemburq klubunun UEFA tərəfindən cəzalandırılacağı dəqiqdir.
 
Səbuhi MUSAYEV