Aqil Abbas: Ermənilər stadionda nənələrinin tumanını yelləyib

13:45 04-10-2019 823

Ermənilər bayraq yox, nənələrinin tumanını yelləyib. Təxribatdır, cavablarını da alacaqlar. 

Bunu HerGun.Az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Dünən UEFA Avropa Liqasının Lüksemburqda keçirilən “F91 Düdelanj” – “Qarabağ” (1:4) görüşündə “First Armenian Front” fanatlarının Belçikadan gəlmiş Spartak adlı üzvü dronla qondarma Dağlıq Qarabağın bayrağını qaldırıb. Nəticədə futbolçularımız buna etiraz edib, azarkeşlərimizdən biri meydana daxil olub və 31-ci dəqiqədən etibarən matç dayandırılıb.

Yalnız Lüksemburqun İdman naziri Dan Kerş stadionda yaşananlara görə üzrxahlıq etdikdən sonra 20 dəqiqəlik fasilədən sonra komandalar meydana qayıdıb.

Ağdam olan millət vəkili Aqil Abbas isə üzrxahlığa baxmayaraq, bu məsələdə Lüksemburq hökumətini günahlandırıb:

“Birinci dəfə deyil ki, belə edirlər. Lüksemburq klubu cəzalandırılacaq. Üzr istədilər. Amma bu, bayraq əvəzinə bomba da ola bilərdi, nəticədə, stadionda faciə də baş verə bilərdi. Bu, Lüksemburq təhlükəsizlik xidmətinin günahıdır”.

Səbuhi Musayev