Messi cərimə zərbəsindən gözəl qola imza atdı - VİDEO

05:27 07-10-2019 466

“Barselona”nın kapitanı Lionel Messi yeni mövsümdə ilk qoluna imza atıb.

HerGun.Az xəbər verir ki, İspaniya çempionatı çərçivəsində Kataloniya təmsilçisi öz medanında “Sevilya”nı darmadağın edib – 4:0.

Oyunun 78-ci dəqiqəsində Messi cərimə zərbəsindən sevilyalıları məyus edib. Birinci hissədə isə Suares, Vidal və Dembele 8 dəqiqəyə 3 qol vurublar.

Beləliklə “Barselona” 16 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsinə qalxıb.