Azərbaycanda tanınmış aktyor vəfat etdi

13:27 08-10-2019 656

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin vəfat edib.

HerGun.Az-a ARDT-dən verilən məlumata görə, 65 yaşlı aktyor bu gün səhər saatlarında həyata gözlərini yumub.

Şəkər xəstəliyindən əziyyət çəkən sənətçinin ayağından bir neçə dəfə cərrahi əməliyyat keçirdiyi bildirilib. A.Saprıkin müalicə alsa da, xəstəliyinə qalib gələ bilməyib. 

Qeyd edək ki, Aleksey Saprıkin 1955-ci ildə Bakıda doğulub. Onun aktyor kimi fəalliyəti 1995-ci ildən başlayıb. O, 2008-ci ildən etibarən Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur. 

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının canlandırdığı son tamaşalar “Peterburq işçisi”, “Və yağış yağır və içini tökür”, “Sənətkarın taleyi”, “Qürur və qərəz”, “Payız sonatası”, “Meme” olub.

Allah rəhmət eləsin!

Rəşad Əliyev